DAK-ın XIII qurultayı İstanbulda gerçəkləşəcəkbackend

DAK-ın XIII qurultayı İstanbulda gerçəkləşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qısa adı DAK olan Dünya Azərbaycanlıları Konqresi dünya üzərindəki azərbaycanlıların fəaliyyətlərini ifadə edən, bütünləşdirən təşkilatdır. Başçılığını Sabir Rüstəmxanlının etdiyi DAK qurultayı ilk dəfə 1997-ci ildə Amerika Birləşmiş Dövlətlərinin Los Angeles şəhərində təşkil edilmişdir. Bu günə qədər 12 qurultay keçirən DAK növbəti 13 – cü Qurultayını İstanbulda gerçəkləşdirəcəkdir.

Qurultay 18 aprel 2015 tarixində İstanbulda başlayıb 2 gün davam edəcək. Saat: 10.00 da başlayacaq olan qurultayın 19 aprel günü sona çatacağı planlaşdırılıb.
18 İldir fəaliyyət göstərən DAK dünyanın 70-ə yaxın ölkəsində yaşayan Azərbaycan türklərinin ən böyük və ən tanınmış diaspor təşkilatlarından biridir. İndiyə qədərki qurultaylarını, Los Angeles, Vaşinqton, Haaqa, Brüssel, Stokholm, Frankfurt ,Köln, Bonn, Donetsk kimi ABŞ və Avropanın böyük şəhərlərində reallaşdıran DAK, bu ilki qurultayını İstanbulda keçirməyə qərar verib.

XIII Qurultay üçün İstanbulda keçirilməsi təsadüf deyil. Sözdə “erməni soyqırı”mın 100-cü il dönümü bəhanəsi ilə davam etdirilən Türk düşmənçiliyi kampaniyası səbəbi ilə İstanbul şəhəri xüsusilə seçilmişdir.

Bu konqresdə Türk düşmənçiliyinə qarşı dünyaya veriləcək mesaj: “1915-ci ildə gerçək bir erməni soyqırımının olmadığı və əsl soyqırımın Azərbaycan türklərinə qarşı edilmiş olduğudur”. Bunun da ən canlı, ən dəhşətli, ən yaxın nümunəsi \”Xocalı soyqırımıdır\” . Konqresin İstanbulda keçirilməsi bu baxımdan əhəmiyyətli hesab olunur. Ayrıca bu qurultay Türkiyə və Azərbaycan diaspor təşkilatlarının daha yaxın əməkdaşlıq içində olmasına önəmli bir addım olacaqdır. Qurulduğu gündən bəri Türkiyə ilə yaxın əlaqə içərisində olan DAK, bu qurultay ilə bu əməkdaşlığı daha da gücləndirməyi hədəfləmişdir.

Qurultayda Türkiyə hakim elitasının, aparıcı müxalifət partiyalarının nümayəndələri , Türkiyə Böyük Millət Məclisinin üzvləri, Ülkü Ocaqları, dünya üzrə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının və Güney Azərbaycan qurumlarının təmsilçiləri, Quzey Azərbaycanın dövlət rəsmiləri, aktiv müxalifət partiyalarının sədrləri, tanınmiş siyasi- ictimai xadimlər və milli gəncliyin fəal üzvləri iştirak edəcəkdir.

DAK Mətbuat və İnformasiya xidməti