Bu barədə jurnalistlərə Eçmiədzin kilsəsinin dinlərarası əlaqələr şöbəsinin rəhbəri yepiskop Ovakim Manukyan bildirib.
Onun sözlərinə görə, Roma Papası Ermənistana 2016-cı ildə səfər etməyə qərar verib.
“Roma Papası şübhəsiz ki Ermənistana səfər edəcək, lakin bu apreldə yox, 2016-cı ildə baş tutacaq. Onun 24 aprel tədbirlərinə dəvət olunması barədə məlumatlar həqiqətə uyğun deyil”, deyə yepiskop qeyd edib.
Qeyd edək ki, Roma Papası I Fransisk uydurma “erməni soyqırımı”nın XX əsrin ilk soyqırımı olduğunu bəyan edib.
Bu barədə o, aprelin 12-də Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdəki çıxışında bildirib.
Roma Papası nitqində nasizm və stalinizmin dəhşətlərindən də danışıb.
Roma Papasının bəyanatı artıq Türkiyənin sərt etirazı ilə qarşılanıb. Türkiyənin Vatikandakı səfiri geri çağırılıb, Vatikanın Ankaradakı səfiri isə Türkiyə XİN-ə çağırılıb.
İnterpress.az