Energetika naziri Aleksandr Novak bundan əvvəl bu barədə məlumatları təkzib etmişdi. Bazar ertəsi Rusiya xarici işlər nazirinin müavini deyib ki, neftlə mal mübadiləsini nəzərdə tutan razılaşmanın gerçəkləşdirilməsinə başlanılıb.
Sergey Ryabkovun sözlərinə görə, neft müqabilində Rusiya İrana taxıl, inşaat materialları və texnikanın göndərildiyini deyib. Rusiya rəsmisi razılaşmanın İrana qarşı tətbiq edilən sanksiyalara zidd olmadığını deyib.
\”Xarici İşlər Nazirliyinin açıqlamasını rəhbər tutun. Bu beynəlxalq əlaqələrə aid məsələdir və bu sahədə XİN qanunvericidir”, – çərşənbə axşamı günü Dmitri Peskov deyib.
Bundan əvvəl Rusiya prezidentinin qərarı ilə İrana S-300 raket komplekslərinin satılması ilə bağlı mövcud olan qadağa ləğv edilib.
ABŞ və Avropa İttifaqı Moskvanın qərarı ilə əlaqədar narahatlığını ifadə ediblər.
Moskva ilə Tehran arasında S-300 raket sistemlərinin İrana satılması barədə 800 milyon dollar dəyərində müqavilə 2007-ci ildə imzalanıb. 2010-cü ildə İrana qarşı beynəlxalq sanksiyaların elan edilməsinin ardınca Moskva müqavilənin icrasını dayandırmışdı.
Tehran raketləri bu il ərzində gözlədiyini bildirib.
İnterpress.az