Çünki, hazırda onlar qeyri-peşəkar və korrupsion sistemdən dünya qaydalarına uyğun fəaliyyət göstərəcək sistemə keçid etməyə çalışırlar
Bunu “Amerikanın səsi” radiosuna müsahibəsində ABŞ prezidentliyinə namizədliyini elan edən Hillari Klinton deyib.
Xanım Hillari Klinton bildirib ki, ABŞ Ukraynaya sərhədlərin müdafiəsində yardım etməlidir:
“Onlara yeni ləvazimatlar verilməlidir, çoxlu birgə təlimlər keçirilməlidir. ABŞ və NATO indiyə qədər bunu o qədər də həvəslə etməyiblər. Mürəkkəb və potensial təhlükə daşıyan situasiyadır.
Lakin separatçılara qarşı döyüşən Ukrayna ordusu və sadə ukraynalılar sübut etməlidirlər ki, bizim indiyə qədər göstərdiyimiz yardımlardan daha güclü dəstəyə layiqdirlər”, – deyə Klinton bildirib.
İnterpress.az