Söyün Sadıkov “Azərros”un planlarından danışdıbackend

Söyün Sadıkov “Azərros”un planlarından danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a Rusiyadakı Azərbaycan diaspor təşkilatlarından birinin – “Azərros”un yeni seçilən sədri Söyün Sadıkov bildirib.

Söyün Sadıkovun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat həmiçinin regionlarla işi genişləndirmək fikrindədir: “Bunlar “Azərros”un ilk addımları olacaq. Daha sonra “Azərros” Rusiyada yaşayan azərbaycanlıların daha sıx birləşməsi və cəmiyyətə inteqrasiyası üçün fəaliyyətini genişləndirəcək”.

Xatırladaq ki, Söyün Sadıkov təşkilatın dünən keçirilən qurultayında “Azərros”un yeni sədri seçilib. Sadıkov daha əvvəllər də bu təşkilata rəhbərlik edib və daha sonra rəhbərliyi faktiki olaraq Ağsaqqallar Şurasının sədri olan Abbas Abbasova təhvil verib. Təşkilatın yeni rəhbərliyindən yaranan narazılıqlar vaxtından əvvəl qurultay çağırılması və Söyün Sadıkovun yenidən sədr seçilməsi ilə nəticələnib.

Elnarə Kərimova
İnterpress.az