Bunu İnterpress.az-a Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı bildirib. Onun sözlərinə görə, partiyanın niyyəti yürüş keçirməkdir: “Biz yürüş keçirmək istəyirik. Hələ ki bu həftə mitinq keçirmək niyyətimiz yoxdur. Sonrakı həftələrdə bu məsələ müzakirə oluna bilər”.
İcazəsiz yürüş keçirilməsinə gəlincə isə, Razim Əmiraslanlı “Bu məsələ hələlik partiyada müzakirə edilmir” deyə vurğulayıb.
Aksiyanın təxirə salınmasının mümkünlüyünü isə Razim Əmriaslanlı “Buna rəsmi məktub alındıqdan sonra münasibət bildirəcəyik” deyə cavablandırıb.
Elnarə KƏRİMOVA
İnterpress.az