İnterpress.az Türkiyə mətbuatına istinadən bildirir ki, özəl xəstəxananın əməliyyat otağında işləyən tibb bacısının 10 il təcrübəsi olub.
Zeliha Taştan adlı qadın özünə vurduğu sistemə su yerinə səhvən narkoz qatıb və komaya düşüb. Soyuqdəymədən şikayətlənən 30 yaşlı qadının bu səhvi ona baha başa gəlib.
9 gün xəstəxanada müalicə edilsə də onun həyatını xilas etmək mümkün olmayıb.
İnterpress.az