Keçmiş prezident ölkədən qaçmaq üçün yardım istəyibbackend

Keçmiş prezident ölkədən qaçmaq üçün yardım istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən bildirir ki, Salehin göndərdiyi şəxslər dövlət başçıları ilə görüşərək prezidentin bu istəyini onlara çatdırıb. Onlar həmçinin Salehin husilərlə heç bir əlaqəsinin olmadığına dövlət başçılarını inandırmağa çalışırlar. Məlumatlara görə, əksər prezidentlər Salehə yardımdan imtina edib.

Qeyd edək ki, aprelin 14-də BMT hüsulərə və onların Yəməndəki müttəfiqlərinə silah yardımını qadağan edən qətnamə çıxarıb. Bundan başqa keçmiş prezident Əli Abdulla Salehin oğlu Əhməd Saleh, eləcə də husilərin lideri Abdül Malik Əl-Hutiyə qarşı sanksiya tətbiqinə qərar verilib. Onların hesabları dondurulub və BMT üzvü olan ölkələrə girişləri yasaqlanıb.

İnterpress.az