Bu barədə Rusiya prezidenti Vladimir Putin “birbaşa xətt”dən sonra jurnalistlərin suallarına cavabında bildirib.
“Mən Papanın Türkiyə ilə polemikasına müdaxilə etmək istəmirəm. Papalar çox nüfuzludurlar. Mən Papanı böyük nüfuza malik olan bir insan sayıram. Düşünürəm ki, o, anlaşmaq üçün planetdə dini etiqadından asılı olmayaraq bütün insanlarla dil tapa bilər”, deyə Putin qeyd edib.
Putin türkiyəli siyasətçilərin də təmkinli olmasına ümid etdiyini bildirib: “Onlar problemləri həll etməyə, aradan qaldırılmağa qadir olan zəkalı və kifayət qədər müdrik insanlardır”, deyə Putin bildirib.
Qeyd edək ki, Roma Papası I Fransisk bir nüçə gün əvvəl uydurma “erməni soyqırımı”nın XX əsrin ilk soyqırımı olduğunu bəyan edib.
Bu barədə o, aprelin 12-də Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdəki çıxışında bildirib.
Roma Papası nitqində nasizm və stalinizmin dəhşətlərindən də danışıb.
Roma Papasının bəyanatı artıq Türkiyənin sərt etirazı ilə qarşılanıb. Türkiyənin Vatikandakı səfiri geri çağırılıb, Vatikanın Ankaradakı səfiri isə Türkiyə XİN-ə çağırılıb.
İnterpress.az