Silsilə teraktların qarşısı alınıbbackend

Silsilə teraktların qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu fakt Devrimci Halk Kurtuluş Partisi-Cephesi terror təşkilatının iki üzvünün evində keçirilən baxış zamanı aşkarlanıb.

Cəbhənin əvvəl saxlanılan üzvlərinin evində baxış zamanı kompüterlərdə parlament deputatlarına, Milli Kəşfiyyat Xidmətinin zabitlərinə, polis əməkdaşlarına, sahibkarlara və ABŞ vətəndaşlarına qarşı sui-qəsd planlarını təsdiqləyən sənədlər tapılıb.

Terrorçular polis forması geyinməyi və polis idarələrinə daxil olaraq partlayışlar törətməyi planlaşdırıb. Bosfor və Dardanel boğazlarından keçən ABŞ gəmilərinə və iri sahibkarlara məxsus gəmilərə qarşı diversiya hazırlamaq məqsədi ilə xüsusi təlim keçiblər. Terrorçular sui-qəsdlərdə zəhərli maddələrdən istifadə etməyi planlaşdırıb.

Qeyd edək ki, martın sonunda DHKP-C-in iki üzvü İstanbulda məhkəmənin binasına vəkil qismində daxil olub, prokuror Səlim Kirazı girov götürərək qətlə yetiriblər. Daha sonra sonra DHKP-C üzvü Elif Sultan Kalsen İstanbulda polis məntəqəsinə silahlı hücum edib. Əməliyyat tədbirləri nəticəsində DHKP-C ilə əlaqədə şübhəli bilinən 60 nəfər saxlanılıb.

İnterpress.az