Türkiyə Avropa Parlamentini geri addım atmağa məcbur edirbackend

Türkiyə Avropa Parlamentini geri addım atmağa məcbur edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Davudoğlu görüşdə tarixi siyasi məqsədlərə alət etmək istəyənlərin bu cəhdini Türkiyə-Avropa Birliyi əlaqələrinə zərər verməsiylə yanaşı, Türkiyə ilə Ermənistan arasında qarşılıqlı razılaşma əldə edilməsinə dair səylərə də mənfi təsir göstərəcəyini ifadə edib. Türkiyə mətbuatının hökümətdəki qaynaqlarından əldə etdiyi məlumata görə, AP başqanı Schulz dünən baş nazir Davudoğluya zəng edib: “Schulz telefon danışığında 1915-ci il hadisələri ilə bağlı AP qərarının onun iştirakı olmadan qəbul edildiyini, şəxsən Türkiyənin bu mövzudakı yanaşmasını bildiyini və göstərilən reaksiyanı anladığını ifadə edib”.

Tarix dəyişdirilir

Türkiyənin AP qərarı ilə bağlı reaksiyasını sərt ifadələrlə Schulza çatdıran Davudoğlu, bu cəhdin tarixi siyasi məqsədlərə alət etməyə çalışan dairələrin əməli adlandırıb: “Avropa və yaxın ətrafındakı siyasi böhranlar qarşısında Türkiyə ilə Avropa qurumları arasında əməkdaşlığın ən yüksək səviyyədə olması lazım ikən, bu əsassız qərar münasibətlərə zərər verəcək”.

İnterpress.az