İnterpress.az xəbər verir ki, erməni diasporu ilə yanaşı, afişalarn asılmasında erməni əsilli ukraynalılar iştirak edib.
Türkiyə mətbuatının məlumatına görə, ukraynalılar afişada qeyd edilənlərdən xəbərsiz olduqlarını bildiriblər. Sorğular zamanı ukraynalılar ermənilərin soyqırıma məruz qalması barədə əvvəl heç bir məlumat eşitmədiklərini deyiblər.
“Cihan” xəbər agentliyi xəbər verir ki, ukraynalı gənclər də bu barədə məlumatsız olduqlarını vurğulayıblar.
Ukraynada yaşayan erməni əsilli idmançı Sarkis Oqanesyan isə “soyqırımdan” xəbərdar olduğunu, ancaq buna baxmayaraq türklərlə və aərbaycanlılarla normal münasibətlərinin olduğunu deyib: “Tanıtmaq lazımdır. Ancaq mənim azərbaycanlı və türk dostlarımla normal münasibətim var”.
Qeyd edək ki, Ukryanadakı erməni diasporu “soyqırımı” tanıyan layihəni parlamentə təqdim edib. Müstəqil deputat Vitali Borvinenko tərəfindən hazırlanan layihəyə nə zaman baxılacağı məlum deyil.
İnterpress.az