Dollar bahalaşaraq 51 rubla, avro isə 55 rubla qalxıb.
Bu, Rusiya mərkəzi bankının çərşənbə günü verdiyi bəyanatla izah edilir. Bankdan bildirilmişdi ki, bank rublun məzənnəsinin formalaşması üzrə bazar meyllərinə mane olmayacaq, amma Rusiyanın maliyyə sabitliyinə təhlükə yaranarsa intervensiyalar istisna edilmir.
Daha öncə baş nazir Dmitri Medvedev bildirmişdi ki, Rusiya iqtisadiyyatının tənəzzülü proqnozlardan daha aşağı düşüb.
İnterpress.az