Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İnşaat və Memarlıq Elmi Tədqiqat İnstitutunun direktor müavini Nizami Yusifov deyib.
Onun sözlərinə görə, bərpa prosesində bu ərazidə yeni yolların tikintisi, mövcud yolların genişləndirilməsi, yeni obyektlərin və yaşıllıq zonalarının yaradılması planlaşdırılır: \”Plan tam hazır deyil, çünki ərazi olduqca böyükdür. Buna görə də onun tam başa çatdırılması üçün xeyli vaxt tələb olunur\”.
N.Yusifov qeyd edib ki, Bakı və Abşeronun inkişafı üzrə Baş Plan da böyük iş və vaxt tələb edir: \”Bu, bir neçə günün və ya həftənin məsələsi deyil. Planın işlənməsinə bəzən bir neçə il vaxt lazım olur\”.
O, həmçinin sənaye müəssisələrinin şəhərdən kənara köçürülməsini alqışlayıb və vurğulayıb ki, Bakının yüklənməsini azaltmaq istiqamətində vacib addımlardan biridir.
İnterpress.az