63 sahibkar cərimələndibackend

63 sahibkar cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya deyib ki, 7 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 16 nəfər işdən müvəqqəti kənarlaşdırılıb, 2 iş istintaqa göndərilib.

İ. Abdullayev qeyd edib ki, ötən ay orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 216 yeyinti məhsulundan nümunə götürülüb və 2 qeyri-kafi nəticə əldə olunub. Mikrobioloji məhsullardan götürülən 229 nümunədən isə qeyri-kafi nəticə yoxdur.

Ötən ay ərzində şadlıq evlərindən 1347 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 15 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb.

İnterpress.az