İŞİD-i Səddam Hüseynin polkovniki yaradıb – VİDEObackend

İŞİD-i Səddam Hüseynin polkovniki yaradıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, bu şəxs İraqın edam edilən lideri Səddam Hüseynin rəhbərliyi dönəmində hərbi kəşfiyyatının polkovniki olmuş Samir Əbd-Muhamməd əl-Xəlifədir.

İŞİD yaradıcısının təşkilatla bağlı sənədləri tapılıb. 31 səhifəlik sənəddə Əl-Xəlifə “Hacı Bəkr” adı ilə tanıdılıb.

2010-cu ildə Hacı Bəkr və İraq kəşfiyyatının bir qrup zabiti Əbu-Bəkr əl-Bağdadini lider seçib. Hacı Bəkr 2 il əvvəl Suriyaya gedib və planının həyata keçirilməsi üçün əcnəbi döyüşçülər toplamağa başlayıb.

Qeyd edək ki, bu şəxs 2014-cü ilin yanvarında Suriyada həlak olub.


İnterpress.az