İnterpress.az xəbər verir ki, Kaspiyski sakini ərinin dalınca Rusiyanı tərk edən və onun ölümündən sonra terror aktı törətməyə hazırlaşan bacısı barədə polisə məlumat verib.
Hazırda Türkiyə polisi 27 yaşlı Panimat Hacıyevanı axtarır. O, bir neçə ay əvvəl 3 uşağı ilə bərabər ərinin dalınca Rusiyanı tərk edib. Qadının qohumları İŞİD-in ondan terror aktlarının törədilməsində istifadə edəcəyini təxmin edir.
Qadının əri Suriyada İŞİD sıralarında döyüşüb və öldürülüb.
Xüsusi xidmət orqanlarının məlumatına görə, qadının əri 2014-cü ildə Suriyada öldürülüb. Qadının hazırda Türkiyədə qaldığı, yoxsa ölkəni tərk etdiyi məlum deyil.
İnterpress.azhttps://youtube.com/watch?v=BLsw5nhpPZI