Bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə əsasən, Maliyyə Nazirliyi belə addımları dəstəkləyir: \”Biz ipoteka kreditinin məbləğini artıra bilərik. Hesab edirəm ki, Azərbaycan Mərkəzi Bankı bazarın fəallaşması üçün əlavə vəsaitlər təqdim edəcək və ehtiyac yaranarsa, hökumət əlavə dövlət təminatı verəcək\”.
S.Şərifovun fikrincə, ipoteka kreditləşməsi sahəsində dəyişiklik bazarın likvidliyinin artımından başqa, yerli tikinti materialları istehsalçılarına da dəstək olacaq.
İnterpress.az