Avropa Komissiyasından Azərbaycana təklifbackend

Avropa Komissiyasından Azərbaycana təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Avropa Komissiyasının Enerji İttifaqı üzrə sədr müavini Maroş Şefçoviç \”Kommersant\” qəzetinə müsahibəsində deyib.

\”2011-ci ildən Avropa Komissiyası Azərbaycan və Türkmənistanla Transxəzər qaz kəmərinin çəkilişi ilə bağlı qarşılıqlı Anlaşma Memorandumu çərçivəsində danışıqların aparılması mandatını alıb. İndi biz Azərbaycan və Türkmənistana bu memorandumu yeniləməyi təklif etmişik. Hər iki ölkənin cavabını və danışıqların necə gedəcəyini gözləyirik\”, – deyə M. Şefçoviç vurğulayıb.

Bundan başqa, Avropa Komissiyasının rəsmisi qeyd edib ki, Cənub Qaz Dəhlizi çərçivəsində İraq və İrandan qaz tədarükü mümkün ola bilər.

\”Hazırda söhbət Azərbaycandan gedir… Amma İraq, həmçinin İranda sonuncu diplomatik irəliləyişlə əlaqədar yaxınlıqda yerləşən ölkələrdə hadisələrin necə inkişaf edəcəyinə baxacağıq. Biz həmçinin Türkmənistan tərəfinin bu sahəyə marağının artdığını görürük\”, – deyə M. Şefçoviç vurğulayıb.

Qeyd edək ki, Transxəzər qaz kəməri Türkmənistanın şərq yataqlarından hasil edilən qazın Türkiyənin Ərzurum şəhərinə və burdan isə Avropaya nəqlini nəzərdə tutur.

İnterpress.az