“Taliban” və İŞİD bir-birinə cihad elan etdibackend

“Taliban” və İŞİD bir-birinə cihad elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterprss.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Helmand polis idarəsinin müdiri Nəbi Can Mulahel məlumat verib. Onun bildirdiyinə görə, iki təşkilatın bir-birinə qarşılıqlı cihad elan etməsi barədə əllərində sənədlər var. “Taliban” İŞİD-in islam dinindən çıxdığını bildirərək ona qarşı cihadın vacibliyini vurğulayıb.

Əfqanıstanın təhlükəsizlik orqanlarının məlumatına görə, İŞİD hökumətin nəzarəti olmayan bölgələrdə fəaliyyət göstərir və təlim keçir. Əfqanıstanda da İŞİD-in olduğu 6 ay əvvəl “Taliban”la döyüşdən sonra meydana çıxıb. Təşkilatın 18 apreldə törətdiyi terror aksiyasında 38 nəfər ölüb.

İnterpress.az