“Xarici təzyiqlər və neftin ucuzlaşması…”backend

“Xarici təzyiqlər və neftin ucuzlaşması…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Rusiyanın baş naziri Dimitry Medvedev aprelin 21-də parlamentə illik hesabatında deyib.

O qeyd edib ki, 2015-ci ilin birinci rübündə ölkə iqtisadiyyatında artıq 2 faiz geriləmə olub.

Medvedev qeyd edib ki, əgər vəziyyət pisləşsə Rusiya başqa iqtisadi reallığa uyğunlaşmalı olacaq.

Medvedev bildirib ki, Qərbin sanksiyalarına görə, Rusiya iqtisadiyyatı ötən il 25 milyard avro itirib və itkilər bu il bir neçə dəfə artıq ola bilər.

Dünya Bankı aprelin 1-də bəyan edib ki, Rusiya iqtisadiyyatı bu il ağır iqtisadi tənəzzül dövrünü yaşayır və dünya bazarında neftin düşməsi və Rusiyaya qarşı beynəlxalq sanksiyalara görə ölkədə 3,8 faiz iqtisadi geriləmə var.

İnterpress.az