Bosniya və Herseqovinanın xarici işlər naziri Azərbaycana gələcəkbackend

Bosniya və Herseqovinanın xarici işlər naziri Azərbaycana gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zlatko Lagumdzijanın səfərinin məqsədi komitənin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən aprelin 28-29-da keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir.

“Yeni dünya düzənində etimadın yaradılması” mövzusuna həsr olunan Forumda Zlatko Laqumdjiyanın çıxışı planlaşdırılır. 2001-2002-ci illərdə Bosniya və Herseqovinada baş nazir olmuş Zlatko Laqumdjiya Sosial Demokrat Partiyasının sədridir. O, kompüter elmləri və elektrotexnika sahəsi üzrə akademikdir.

Xatırladaq ki, Forumda 40-dan çox ölkə, sabiq və indiki prezident, baş nazir və xarici işlər naziri səviyyəsində təmsil olunacaq. Ümumilikdə isə 75 ölkədən 350-dək nümayəndənin iştirakı gözlənilir. Forum çərçivəsində yeni dünya nizamının başlıca problemləri, Avropa İttifaqı və qonşuluq, enerji təhlükəsizliyi, etimadın qurulmasında dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu, təhlükəsizliyin təminatında yerli, milli və regional inteqrasiyanın əhəmiyyəti kimi mövzular barədə müzakirələr aparılacaq.

İnterpress.az