Barmaqlarınıza baxıb xarakterinizi öyrəninbackend

Barmaqlarınıza baxıb xarakterinizi öyrənin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, mütəxəssislər barmaqların uzunluğunun insan şəxsiyyətiylə əlaqədar bir çox incə məqamları özündə ehtiva etdiyini bildirir.

Şəhadət, orta və adsız barmaq arasındakı uzunluğun fərqi əslində şəxsiyyətinizə dair bir çox ipucları verir. İndi əlinizi qaldırın və şəkillə müqayisə edərək öz əl quruluşunuzu tapın.

Barmaqlarınıza baxıb xarakterinizi öyrənin

Barmaq ölçülərinizi tapdıqdan sonra xarakterinizi öyrənin.

A) Adsız barmağı şəhadət barmağından daha uzun olan insanların əksəriyyəti xarizma sahibi və cazibədar olurlar. Bu insanlara laqeyd qalmaq çox çətindir. Belə insanların əksəriyyətində özlərini həsr etdikləri işdə problem həll etmə qabiliyyəti yüksək olur. Yaxşı xüsusiyyətdir, deyilmi? Bir az da pis xüsusiyyəti dilə gətirək. Səhv ya da əskik tərəfləri isə həddindən çox aqressiv olmalarıdır.

B) Adsız barmağı şəhadət barmağından qısa olan insanların ən gözəçarpan xüsusiyyəti özlərinə duyduqları güvən, inam hissidir. Hiss etdikləri bu özünəinamla etdikləri işləri və ya həll etməsi lazım olan məsələləri təkbaşlarına həll etməyi sevirlər, ancaq bu, təkliyi sevirlər mənasına gəlməməlidir. Mənfi cəhətləri isə hər zaman daha çoxunu istəyən iddialı insanlardır.

C) Adsız və şəhadət barmaqlarının uzunluğu bərabər olan insanlar gərginlikdən və müzakirədən qaçır, mümkün qədər orta yolu tapmağa çalışırlar. Amma bu, o demək deyil ki, onlar səssizliklərini pozmur. Bu insanlar səssizliklərini və orta yolu tapa bilmə qabiliyyətlərini itirdikləri anda ordan uzaqlaşmalısınız. Bunu ən azından onlar sakitləşənə qədər etməyiniz sizin sağlamlığınız üçün yaxşı olar. Yenə də çox vaxt onların yoldaşı olmaq ən yaxşı seçimdir.

Barmaqlarınıza baxıb xarakterinizi öyrənin

İnterpress.az