Terrorçu ASALA: “100 il sonra heç nə xatırlamayacağıq”backend

Terrorçu ASALA: “100 il sonra heç nə xatırlamayacağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, terror təşkilatı olan ASALA bu bəyanatla çıxış edib.

Bəyanatı təşkilatın nümayəndəsi, “Van” əməliyyatının rəhbəri Vazgen Sisliyan bu gün keçirdiyi mətbuat konfransında səsləndirib.

Qondarma soyqırımın tanıdılması aksiyalarının davamlı olacağını deyən ASALA təmsilçisi məsələnin təkcə bununla yekunlaşmayacağını bildirib: “Əsas məqsədimiz Türkiyənin işğal etdiyi Qərbi Ermənistanın geri qaytarılmasıdır”.

Ermənistanı öz tələblərini səsləndirməkdən qorxmamağa çağıran ASALA üzvü 50 il əvvəl tələblərini daha qəti qoyduqlarını deyib: “50 il əvvəl açıq və qəti deyilirdi ki, torpağımızı qaytarın. İndi isə “Xatırlayırıq və tələb edirik” deməklə kifayətlənirik. Əgər belə davam etsə 150-ci ildönümdə ancaq “Xatırlayırıq” deyəcəyik. 100 il sonra, 200-cü ildönümdə isə ümumiyyətlə heç nə xatırlamayacağıq”.

İnterpress.az