İnterpress.az xəbər verir ki, aksiyada mindən çox şaxtaçı iştirak edib. Şaxtaçılar öz tələblərini dövlət rəhbərliyinə çatdırmaq üçün binaya daxil olmağa cəhd göstəriblər.
Bu qrup danışıqlar aparılması üçün əvvəlcə prezident administrasiyasına, sonra isə Nazirlər Kabinetinə gedəcək. Aksiyaçılar axşam saatlarında şəhərin mərkəzi küçələrini bağlayacaq.
Aksiya şaxtacıların maaşları ödənilmədiyi üçün başlayıb.
İnterpress.az