“Məni şantaj edib, əxlaqsızlığa sövq edirlər”backend

“Məni şantaj edib, əxlaqsızlığa sövq edirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 2 uşaq anası olan qadın bununla bağlı “Təmiz dünya” İctimai Birliyinə müraciət edib.

Təşkilatdan verilən məlumata görə, qadın həyat yoldaşının ruhi xəstə olduğunu və 11 il əvvəl ehtiyac ucbatından fahişəlik etdiyini bildirib: “Ancaq dediyinə görə artıq 11 ildir ki, normal həyatını davam etdirir. Uşaqları artıq böyüyüb, biri ali məktıbdə oxuyur. Qadının iddiasına görə, onu yenidən əxlaqsızlığa sövq etmək üçün illər öncə çəkilən fotosu internetdə yayılıb. Bununla onu şantaj edirlər. Şikayətçi şantajda məktəb direktoru olan qadının rolunun olduğunu iddia edir. Dediyinə görə, hətta evinə gizli kamera yerləşdiriblər. Fotoşəklinin internetdə yayıldığını görən bəzi şəxslər də onu narahat etməyə başlayıb. Şikayətçi artıq intihar həddinə çatdğını bildirir”.

Elnarə
İnterpress.az