DAK-ın həmsədri, deputat Sabir Rüstəmxanlı Modern.az-a bildirib ki, konqresin aprelin 18-də keçirilən qurultayında yeni İdarə Heyəti seçilib:
“Bu tədbir DAK-ın tarixində ən möhtəşəm və birləşdirici bir qurultay oldu. Konqresin bundan sonrakı fəaliyyəti daha da genişlənəcək. Çalışacağıq ki, Rusiya, Avropa, Amerika, Avstraliya, bir sözlə, azərbaycanlılar olan bütün ölkələrdə fəaliyyət göstərək. Bizim əsas işimiz Azərbaycan diasporunun genişlənməsi, onun təşkilatlanması, dünyanın hər yerində olan soydaşlarımıza Azərbaycanın milli ideologiyasının çatdırmaqdır. O ideologiya ölkəmizin bütövlüyü, türk birliyi və bizim mənəvi dəyərlərimizin qoruyub saxlamaqdır. Məhz bu sahədə işlərimiz daha da genişlənəcək.
DAK-ın adına kimsə gedib kənarda oyuncaq qurumlar yarada bilər. Amma yalnız bir DAK var. İkinci və ya üçüncüsü ola bilməz. Əsas ad yox, iş görməkdir”.
Güney Azərbaycan Milli Oyanış Hərəkatının ABŞ-da yaşayan lideri Mahmudəli Çöhrəqanlının DAK-ın qurultayında iştirak etməməsinə münasibət bildirən Sabir Rüstəmxanlı deyib ki, Türkiyəyə buraxılmadığı üçün onun tədbirə gəlməsi məsləhət olmayıb: “Mahmudəli Çöhrəqanlı gəlmədiyinə görə Məşvərət Məclisinin sədri Ankara Azərbaycan Mədəniyyət Mərkəzinin başçısı Cəmil Ünal seçildi”.
İnterpress.az