İnterpress.az xəbər verir ki, Türk Dünyası Birlik Platformasının təşkil etdiyi qurultayda “100 ilin yalanı – erməni soyqırımı” adlı panel təşkil olunacaq.
Paneldə Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Hacettəpə Universitetinin araşdırmaçısı Fərid Salim Sanlı, Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin üzvü, Türk Dünyası Birlik Platformasının baş koordinatoru, doktor Halid Gökalp Küçük, Dokkuz Eylül Universitetinin mütəxəssisi Vəfa Kurban çıxış edəcək.
İnterpress.az