Rəsmi Vaşinqtondan 24 aprellə bağlı ilk açıqlamabackend

Rəsmi Vaşinqtondan 24 aprellə bağlı ilk açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, departamentin sözçüsü Mariya Harf brifinqdə bir jurnalistin “Prezident Obama seçki ərəfəsində soyqırımı qəbul edəcəyini bildirdi. Amma bu sözü yerinə yetirmədi. Amerikalı ermənilər Obamanın türklərin təzyiqinə məruz qaldığı üçün qərarını dəyişdiyini düşünür” sualına nazirlik rəsmisindən cavab gəlib: “Məsələlər haqqında nə deyəcəyimizə, necə danışacağımıza özümüz qərar veririk. Prezidentdən Osmanlı İmperiyasının son dönəmində 1,5 milyon erməninin öldürülməsinə və ya ölümə getməyə məcbur edilməsinə dair tarixi həqiqət haqqında cox güclü ifadələr eşidəcəksiniz. Bunu dəfələrlə bildirib. Bu il bəziləri fərqli bir söz eşitməyi düşünürdü, bunu bilirik. Təbii ki, onların mövqeyini anlayırıq, amma illərdir nümayiş etdirdiyimiz yanaşmanın doğru olduğunu düşünürük”.

İnterpress.az