Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədlərinin Demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov rəhbərlik edib.
İclasda Azərbaycan-Rusiya dövlət sərhədlərinin demarkasiyası prosesi ilə bağlı bir sıra məsələlər müzakirə olunub, ekspertlərin görüşlərinin nəticələrini əks etdirən protokollar təsdiqlənib. Eyni zamanda Azərbaycan-Rusiya dövlət sərhədinin ərazisində sərhəd nişanlarının işarələnməsi qaydaları haqqında Təlimat imzalanıb.
Komissiya 2015-ci il üçün İş Planını və demarkasiya prosesi ilə bağlı bəzi təlimatlara dəyişiklikləri də təsdiq edib.
Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının iclası mehriban qonşuluq və konstruktiv dialoq ruhunda keçib. İclasın yekununda protokol imzalanıb. ( apa )
İnterpress.az