İnterpress.az xəbər verir ki, təşkilat yaydığı bəyanatında Yəmənin bombalanmasının davam edəcəyi təqdirdə cavab zərbəsi endirəcəyini bildirib.
Hərəkatın siyasi bürosunun üzvü Məhəmməd Əl-Bahiti açıqlamasında cavab zərbəsində raketlərə ehtiyac duymadıqlarını vurğulayıb.
Hərəkat təmsilçisi husilərin silah ehtiyatlarının çox hissəsinin məhv edilməsi barədə məlumatları da təkzib edib: “Onlar da bunu bilirlər. Biz onlara xəbərdarlıq etdik və bundan nəticə çıxarılmasını gözləyirik”.
İnterpress.az