İnterpress.az xəbər verir ki, komitənin direktoru Aram Hamparian yaydığı açıqlamada Obamanın “soyqırım”la söz oyunu oynadığını və həqiqətdən yayındığını bildirib.
Komitə direktoru “Obamanın Ankaranı məmnun etmək üçün səsləndirdiyi çıxış sadəcə Vaşinqtonu izolə edib. Obama prezidentliyə namizəd olduğu zaman “Amerika erməni soyqırımı haqqında doğru danışan və bütün soyqırımlara şiddətlə qarşılıq verən bir liderə layiqdir” deyirdi və haqlı idi. Yazıqlar olsun ki, Obama bu gün dünyaya həmin prezident olmadığını sübut etdi”.
İnterpress.az