İnterpress.az xəbər verir ki, Hindistan hökuməti adaya göndərilən elçilərin öldürülüb yeyildiyi barədə xəbərləri eşidəndə əraziyə girişi yasaqlayıb.
Texnologiyanın inkişafına baxmayaraq modern dünya ilə əlaqəsi olmayan 100-ə yaxın qəbilə var. Onlardan ən mühümlərindən biri Hindistandakı sözügedən qəbilədir. Qəbilənin 60 min illik tarixinin olduğu vurğulanır.
Afrikada da köç etdikləri düşünülən bu qəbilənin görüntülərini sadəcə NASA əldə edə bilib. Qəbilə üzvləri heç kəsi yaxına buraxmır. Dünya ilə əlaqədən imtina edir. Hökumətin adaya göndərdiyi helikopterlərə atəşli oxlarla hücum edilib.
2006-cı ildə sahilə yaxınlaşan iki balıqçı da qəbilə üzvləri tərəfindən öldürülüb. Adaya yaxınlaşan hər kəsin öldürülüməsi barədə xəbərlər yayıldıqdan sonra hökümət əraziyə girişi yasaqlayıb.
İnterpress.az