Türkiyə hökuməti: Putinin soyqırım deməsini rədd edirikbackend

Türkiyə hökuməti: Putinin soyqırım deməsini rədd edirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Rusiya Prezidenti Putinin bütün xəbərdarlıq və çağırışlarımıza baxmayaraq, 1915-ci il hadisələrini soyqırım kimi qiymətləndirməsini rədd edir və qınayırıq\”, hökumətin rəsmi bəyanatında deyilir.

Cümə günü Ermənistanda Osmanlı Türkiyəsində törədilmiş qətliamın yüzilliyinə həsr olunmuş anım mərasimləri keçirilib.

Mərasimə gələn qonaqlar paytaxt Yerevan ətrafında yerləşən xatirə abidəsinə güllər düzüb.

Ermənistanın bildirdiyinə görə, hadisələrdə 1.5 milyon insan ölüb, Türkiyə bu rəqəmlə razılaşmır.

Prezident Vladimir Putin də tədbirə gələn qonaqlar arasında olub.

O, çıxışında bildirib ki, Rusiya erməni \”soyqırımı\” qurbanlarına yas tutur və kütləvi qırğınlara heç zaman haqq qazandırmaq olmaz.

\”Bu gün biz Erməni xalqı ilə birlikdə ağlayırıq\”, o deyib.

İnterpress.az