Tarixdə bu günbackend

Tarixdə bu gün

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1828 – İranla müharibədən qalib çıxaraq Azərbaycanın şimalını özünə birləşdirən Rusiya Qafqazdakı ikinci rəqibinə – Osmanlı dövlətinə savaş elan edib. Müharibə bir il sonra (Ədirnə sülhü, 1829) Rusiyanın nisbi üstünlüyü ilə başa çatdı. Müharibənin nəticəsi kimi Şərqi Anadoludakı ermənilərin bir hissəsi Cənubi Qafqaza – İrəvan xanlığına və Gürjüstana köçürüldü.

1894-cü ildə Hitlerin müavini və Faşist Almaniyasında Gerinqdən sonra 3-cü şəxs Rudolf Hess dünyaya gəlib

1900-cü ildə Amerikalı alim Çarlz Rikter dünyaya gəlib

1908 – Görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayev (1908-1978) Ərdəbildə anadan olub. Kiçik yaşlarında ailəsilə Gəncəyə köçüb. Gəncə Müəlimlər İnstitutunu, KazanŞərq Pedaqoji İnstitutunu bitirib, Azərbaycan Dövlət Universitetinin professoru olub. \”Bir gəncin manifesti\” romanının, povest və hekayələrin müəllifidir.

1986 – Çernobl hadisəsi baş verdi.

1994-cü ildə Çin Xalq Respublikasına (ÇXR) aid təyyarə Yaponiyada qəzaya uğradı, 264 nəfər öldü

2001 – İstanbulda türkdilli dövlət (Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan) başçılarının 7-ci zirvə görüşü (1992-ci ildən etibarən) keçirilib. Azərbaycan
tərəfi sammitin yekun sənədinə Ermənistanın işğalçılığını pisləyən bənd təklif etsə də, Orta Asiya liderləri sənədi siyasiləşdirmək istəmədiklərini əsas gətirərək onu qəbul etməyiblər.

2007 – Pekində Olimpiya Oyunlarının atəşi yandırıldı.

2006 – Prezident İlham Əliyevin Birləşmiş Ştatlara rəsmi səfəri başlayıb. Səfər gedişində Ağ evdə ABŞ və Azərbaycan prezidentlərinin görüşündə (28 aprel) ikitərəfli strateji tərəfdaşlığın geniş spektri müzakirə olunub. Azərbaycan rəhbəri Konqresdə, Amerika işgüzar dairələrində görüşlər keçirib.

İnterpress.az