Zaqatala sakini göbələkdən zəhərlənibbackend

Zaqatala sakini göbələkdən zəhərlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, rayonun Uzun Qazmalar kənd sakini, 1998-ci il təvəllüdlü Əhməd Yasin oğlu Bəkirov aprelin 26-da saat 11 radələrində zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Hakim müayinəsi zamanı məlum olub ki, 17 yaşlı Əhməd Bəkirov yaşadığı evdə ailə üzvləri ilə birlikdə göbələk yeyib.

Onda göbələkdən zəhərlənmə əlamətləri olduğu üçün xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra müalicəsini davam etdirmək üçün Bakıya – Respublika Toksikologiya Mərkəzinə göndərilib.

İnterpress.az