Dünya çempionu Şəmkirdə birinci oldubackend

Dünya çempionu Şəmkirdə birinci oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yekun turda Maqnus Karlsen ağ fiqurlarla Azərbaycan qrossmeysteri Rauf Məmmədovu məğlubiyyətə uğradıb. Oyun norveçli şahmatçının 35-ci gedişindən sonra başa çatıb.

İki dəfə Vüqar Həşimov Memorialının qalibi olmuş qrossmeyster 9 mümkün xaldan 7 xal toplayıb. Günün digər oyununda italyan Fabiano Karuana və Hindistan şahmatçısı Vişvanatan Anand heç-heçə oynayıblar.

Beləliklə V.Anand 6 xal ilə ikinci yeri tutub.

Üçüncü yeri Fabiano Karuana, yaxud hazırda fransız Maksim Vaşye-Laqravla görüşü davam edən amerikalı şahmatçı Uesli So tuta bilər.

İnterpress.az