Bu barədə məlumatı İnterpress.az-a Müsavat Partiyasının Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli verib.
Rövşən Dəmirlinini sözlərinə görə, iclasda yenidən Vurğun Əyyubun namizədliyi məsələsinə baxılıb: “Mərkəzi Nəzarət-Təftiş Komissiyasının ləğv etdiyi qərara baxılıb. İclasda 14 Şura üzvü iştirak edib. Əvvəlki qərardan şikayət edənlərdən biri – Misir Mahmudov iclasa qatılıb. MNTK-nın ləğv etdiyi Şura qərarları qüvvədə saxlanılıb. 30 saylı Suraxanı 1-ci seçki dairəsindən Vurğun Əyyubun namizədliyi irəli sürülüb”.
Əvvəl olduğu kimi bu qərarın da ləğv edilməsi ehtimalını dəyərləndirən Rövşən Dəmirli “İclasın vaxtı ilə bağlı hər kəs məlumatlandırılıb. O cümlədən Arif Hacılıya məlumat verilib. Həm də narazılardan bir nəfər-Misir Mahmudov iclasa qatılmışdı. MNTK-ya da məlumat verilmişdi. Onlar əvvəlki qərarın dəyişməyəcəyini bildirdilər” deyə vurğulayıb.
Elnarə
İnterpress.az