İnterpress.az xəbər verir ki, bu barədə BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid insan haqları ilə bağlı son hesabatını İnsan Haqları Şurasına təqdim edib.
Hesabata əsasən 2014-cü ildə İranda 753 nəfər edam edilib. Onlardan 13-nün 18 yaşına çatmadığı bildirilir. 2015-ci ilin ilk 10 həftəsində isə 254 nəfər dar ağacından asılıb.
Edam edilən şəxslərin əksəriyyəti beynəlxalq qanunlara görə ağır cinayət kimi tanınmayan və edamı haqq etməyən ittihamlar əsasında edam edilib.
İnterpress.az