QHT sədri saxlanıldıbackend

QHT sədri saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvan şəhərində fəaliyyət göstərən “Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi” İctimai Birliyinin sədri, 1970-ci il təvəllüdlü İskəndərli Azad Vəlyəddin oğlu Cinayət Məcəlləsinin 178.2.2 178.2.4 (dələduzluq), 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri təqsirləndirilir. Daha əvvəl Cinayət Məcəlləsinin 182.1, 228.1, 228.4, 66.3-cü maddələri ilə təqsirləndirilərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Azad İskəndərli özünü hüquq müdafiəçisi kimi təqdim edərək, hüquq təhsili olmadığı halda qanunsuz vəkil xidmətləri göstərməklə vətəndaşları aldatmaqda ittiham edilir.

İstintaqla müəyyən edilib ki, o, etibardan sui-istifadə etmə, aldatma və şantaj yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrar dələduzluq və özgənin əmlakını hədə-qorxu ilə tələb etmə cinayətlərini törədib.

A. İskəndərli 2008-ci ilin oktyabr ayında Şirvan şəhərində fəaliyyət göstərən “Sərvət” Şadlıq sarayının sahibi Qasımov İbrahim Əli oğlundan 2500 manat borc pul alıb və qaytarmayıb. O, sahibkarı şantaj edərək hər ay 300 manat ödəməsini tələb edib. Ə.Məmmədov isə bununla razılaşmayıb.

Bundan başqa, o, Salyan rayon Bəşirbəyli kənd sakini Həşimov Seymur Çingiz oğlundan 1200 (min iki yüz) manat, Bakı şəhəri, Suraxanı rayon sakini Dəmirova Nazilə İskəndər qızından, onun övladları Simrand və İlkin Dəmirovlardan 4350 manat məbləğində pulu aldatma yolu ilə alıb.

Faktla bağlı araşdırma davam edir. ( apa )

İnterpress.az