Bu haqda Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov vurğulayıb ki, Kremldə Türkiyə və Rusiyanın konstruktiv əməkdaşlığının sonrakı inkişafına ümid edirlər.
\”Çox ümid edirik ki, münasibətlər həmişəki qaydada inkişaf etməyə doğru gedəcək. Bizim bir çox birgə layihələrimiz var\”, – deyə mətbuat katibi bildirib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Putini 1915-ci il hadisələrini ermənilərə qarşı soyqırım törədilməsi kimi dəyərləndirdiyinə görə sərt tənqid edib.
İnterpress.az