“Xaç atası”ndan azərbaycanlı “oğru”ya jestbackend

“Xaç atası”ndan azərbaycanlı “oğru”ya jest

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bununla da Şakro Molodoyun “oğru” dünyasında apardığı “təmizləmə işi”nin yeni mərhələsi başlayıb. Bundan əvvəl 12 “oğru” statusdan məhrum edilmişdi.

Ded Xasan klanı arasında xüsusi nüfuzu olan Gela Kardavanın “oğru” adının alınmasını dəstəkləyənlər arasında Dato Krosnadarski, Nodar Rustavski, Qiya Dlinniy, Paat Malenkiy və Mırıçin adı çəkilir.

Bəzi mənbələr bunu Şakro Molodoyun Rövşən Lənkəranskiyə yaxınlaşmaq cəhdi kimi qiymətlənidirir. Belə ki, Gela Kardava ilə Rövşən Lənkəranski arasında həmişə rəqabət və düşmənçilik olub. Tərəflərin adı hətta silahlı qarşıdurmalarda çəkilib.

2013-cü ildə Lənkəranskinin klanının üzvləri İstanbulda Gela Kardavanın klanının üzvlərini döydüyü barədə məlumatlar yayılmışdı. Bu hadisədən cəmi bir gün sonra Türkiyə paytaxtında “Qoca” ləqəbli azərbaycanlı “oğru” Əlibala Həmidov öldürülmüşdü.

Elnarə
İnterpress.az