Azərbaycan prezidenti: “Tarixi torpaqlarımız işğal olunub”backend

Azərbaycan prezidenti: “Tarixi torpaqlarımız işğal olunub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunın açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, BMT sənədlərində və ATƏT-in Helsinki Yekun Aktında ərazi bütövlüyü prinsipi əsas götürülüb: “Sənədlərdə qeyd olunub ki, xalqların öz müqəddəratını təyinetmə hüququ ərazi bütövlüyünün pozulmasına gətirib çıxarmamalıdır. Aqressiv separatizm davam edir. Əgər Dağlıq Qarabağ münaqişəsi həll olunsaydı, bu gün yeni münaqişələri görməzdik. Azərbaycan qəti şəkildə münaqişənin BMT-nin qətnamələri, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatının qərarları əsasında, ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarıdır”.

İnterpress.az