Kreml: “Putin “soyqırım”ı tanımayıb”backend

Kreml: “Putin “soyqırım”ı tanımayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov “Türkiyə ilə əlaqələrimizin planlaşdırılan kimi davam edəcəyinə inanırıq” deyə bildirib.

Peskov qeyd edib ki, Türkiyə ilə əlaqələrin inkişafında maraqlıdır: “Ümid edirik ki, əməkdaşlığımız bundan sonra da inkişaf edəcək. Birlikdə başladığımız önəmli layihələr bizi gözləyir. Görəcəyimiz çox işlər var”.

Putinin İrəvandakı çıxışında dediyi “soyqırım” sözünün məsələ ilə bağlı olmadığını vurğulayan Peskov “İrəvanda Putinin ağzından “soyqırım” ifadəsi bir dəfə çıxıb. O da BMT tərəfindən qəbul edilən soyqırım anlayışı ilə bağlı olub. Bu istisna olmaqla Putin 1915-ci il hadisələrini soyqrıım kimi tanımayıb”.

İnterpress.az