Böyükkişi Heydərli bu gün səhər ağır xəstəlikdən vəfat edib.
Onun xərçəngdən əziyyət çəkdiyi bildirilib.
Böyükkişi Heydərli 1950-ci ildə aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb.
İlk şeirləri \”Ulduz\” və \”Azərbaycan\” jurnallarında dərc olunub. 1991-1992-ci illərdə \”Səs\” qəzetində şöbə müdiri olub, 1992-ci ilin may ayından başlayaraq uzun müddət \”Yeni Müsavat\” qəzetində redaktor, baş redaktorun müavini vəzifələrində çalışıb. 1993-cü ildə \”Dünya\” jurnalının redaktoru olub.
Yazıçı Qor təxəllüsü ilə əsərlər yazıb. \”Sakit küçədə qətl\”, \”Yaşıl cənnət çiçəyi\”, \”Yetişmiş tut ağacı\” və sair əsərlərin müəllifidir. 2001-ci ildə \”Səmasız buludlar\” adlı şeirlər kitabı işıq üzü görüb. ( apa )
İnterpress.az