İnterpress.az xəbər verir ki, 3 qızdan biri olan Amira Abase sosial şəbəkədə həm özünün, həm də bir restorandan sifariş etdiyi yeməyin fotosunu paylaşıb.
“Dövlət paket xidməti” alt yazısı ilə paylaşdığı fotoda kabab, qızarmış toyuq, lavaş var. Qeyd edək ki, İŞİD tərəfdarları təşkilata qısaca olaraq “dövlət” deyir.
Amira yeməyi rəfiqəsi Um Eyub ilə birlikdə yediyini yazıb. Um Gülsüm bir müddət əvvəl sosial şəbəkədə “Bəzi kafirlərin başını kəsmək istəyirəm” deyə status yazmışdı.
Xatırladaq ki, 16 yaşlı Amira Abase rfiqələri Şamima Begüm və Kadiza Sultana ilə birlikdə İŞİD-ə qoşulub.
İnterpress.az