Martın 26-da başlanan “Qətiyyət tufanı” əməliyyatı çərçivəsində Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr 3125 yerüstü hədəfə zərbə endirib.
Üsyançıların iddialarına görə, bu zərbələrdən yalnız 137-si hərbi obyektlərə yönəlib. Hava zərbələrinin 644-ü paytaxt Səna şəhəri və onun ətrafına, 525-i isə şimalda yerləşən Saada əyalətinə endirilib. Dağıdılan mülki obyektlər arasında 26 sənaye müəssisəsi, 31 ticarət mərkəzi, 23 məktəb, 21 məscid, 9 hospital, 7 stadion, 5 elektrik stansiyası da var. Bundan əlavə, 7 min ev və 51 dövlət idarəsi də zərər görən obyektlər sırasındadır.
Ərəb koalisiyasının hərbi əməliyyatları nəticəsində həlak olanların və yaralananların 4560 nəfərini mülki şəxslər, yalnız 368-ni hərbçilər təşkil edir.
İnterpress.az