Adı “qara siyahı”da olan jurnalist yenidən Qarabağdabackend

Adı “qara siyahı”da olan jurnalist yenidən Qarabağda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az erməni mətbuatına istinadən bildirir ki, Argentinanın «Clarin» qəzetində jurnalist Marselo Kantelminin qondarma DQR-in “prezidenti” Bako Saakyanla müsahibəsi dərc olunub.

Müsahibəsində Saakyan Qarabağın Ermənistana birləşdirilməsindən danışıb: “Biz Ermənistana birləşməyə çalışırıq. Bu arzu ilə yaşayırıq. Ancaq bunun üçün hələ vaxt yetişməyib”.

Rusiyanın Azərbaycana silah satması ilə bağlı sualı cavablandıran Saakyan “Mən bunu bilmirəm, ancaq Rusiya Qarabağ qüvvələrinə kömək edir. Bizim zabitlər mütəmadi olaraq öz rusiyalı həmkarları ilə təcrübə mübadiləsi aparır. Bizi təkcə Rusiya yox, həm də digər qonşu ölkələr, həmçinin İsrail narahat edir. Onların Azərbaycana silah satmaq ehtimalı var”.

Qeyd edək ki, Marselo Kantelmi işğal edilmiş ərazilərə Azərbaycanın icazəsi olmadan səfər etdiyinə görə 2013-cü ildə XİN-in “arzuedilməz şəxslər”i siyahısına salınıb.

İnterpress.az