Yığıncağda cari fəaliyyət planının ilkin müzakirələri edilib. İdarə heyətinin üzvləri fəaliyyət planı və təşkilatlanma barədə öz təkliflərini irəli sürüblər. İrəliləyən siyasi dünyada Azərbaycan maraqlarının milli ifadəsi adına DAK – ın təşkilat modelində bəzi dəyişikliklərin edilməsi, yeni departamentliklərinin, müşavirliklərin yaradılması, məqsədəuyğun hesab edilib. Bölgə təmsilçiliklərinə yeni namizədlərin təyin olunması barədə fikir mübadiləsi edilib, təkliflər nəzərə alınıb. Fəaliyyət planında nəzərdə tutulan işlərin və öhdəliklərin çevik icra mexanizminin yaradılması üçün icra strukturunun daha mütəşşəkkil bir şəkildə təşkil edilməsi qərara alınıb. Dünya Azərbaycanlılarını təmsil edən ən böyük milli disapor təşkilatı olaraq təşkilatın dünyanın müxtəlif nöqtələrində var olan mövcud təmsilçiliklərinin keyfiyyətcə daha uyğun bir vəziyyətə gətirilməsi və yenilərinin yaradılması hədəflənib. Bununla bağlı təkliflər, müzakirələr DAK İdarə heyətinin növbəti iclasında davam etdirələcəkdir. Dəyişikliklər və struktrur yenilikləri ilə bağlı nəticələr ən yaxın zamanda DAK İdarə heyətinin ictimaiyyət və KİV qarşısında hesabatında élan olunacaqdır.
DAK İnformasiya və Mətbuat xidməti.
İnterpress.az