İnterpress.az xəbər verir ki, Sədr ABŞ Konqresinin İraqdakı kürd və sünnilərə ayrı iki dövlət qurulması təklifindən narazılığını bildirib və bu baş verəcəyi təqdirdə hərbi qüvvədən istifadə edəcəyini deyib.
Yaydığı yazılı açıqlamada Müqtəda Sədr “ABŞ Konqresi İraqdakı kürd və sünnilərə ayrı iki dövlət kimi yanaşılacağı təqdirdə İraqdakı və hətta kənardakı ABŞ mövqelərini vurmaq üçün hələlik passiv saxladığımız silahlı qanadımızı aktiv hala gətirəcəyik” deyə bildirib. Həmçinin qeyd edib ki, ABŞ İraqda pis niyyətini artıq ortaya qoyub.
Xatırladaq ki, Ayətullah Məhəmməd Sadiq Sədrin oğlu olan Müqtəda Sədrin rəhbəri olduğu “Mehdi” ordusu 2003-2011-ci illərdə İraqda ABŞ qüvvələrinə qarşı döyüşüb. Hərəkatın 60 minə yaxın silahlısı var.
İnterpress.az